16:54 - 9.02.2022
9 fevral, Fineko/abc.az. “Hyundai” və onun subbrendi “Genesis” 2022-ci ilin yayında “Apple”ın “rəqəmsal açar” və ya “CarKey” funksiyasını dəstəkləməyə başlayacaq.
ABC.AZ xəbər verir ki, avtomobilin kilidini açmaq və uzaqdan işə salmaq üçün “Hyundai” sürücüləri “MyHyundai” və “Genesis Intelligent Assistant” proqramlarından istifadə edəcəklər.
“CarKey” dəstəyi bu prosesi asanlaşdıracaq. Qeyd edək ki, indiyə qədər NFC çipinə əsaslanan “rəqəmsal açar” yalnız Android smartfonlarında işləyib.