11:27 - 8.02.2022
8 fevral, Fineko/abc.az. “Daimler AG” avtomobil istehsalı şirkəti bundan sonra “Mercedes-Benz Group AG” adlandırılacaq.
ABC.AZ-ın məlumatına görə, bundan əvvəl qrupun təşkilati-inzibati strukturunda dəyişiklik edilib.
Belə ki, ötən il dekabrın əvvəlində “Daimler” iki müstəqil şirkətə bölünüb.
Bundan sonra isə minik avtomobilləri və furqonlar o vaxtdan “Mercedes-Benz”, yük maşınları və avtobuslar isə “Daimler Truck” adlandırılır. İqtisadçılar şirkətin belə adlandırılmasının səbəbini açıqlayıb.
Onlar hesab edir ki, şirkət bu addımı məhsulun satış bazarında cəlbediciliyini qoruyub saxlamaq üçün atıb.
Yəni “Daimler AG” satışın tempini saxlamaq üçün “Mercedes”in məşhur ulduz brendindən istifadə edəcək.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026