Çovdar yatağının nə qədər unsiya qızılı satışa çıxarıla biləcək?

17:23 - 7.02.2022


7 fevral, Fineko/abc.az. Çovdar İnteqrə olunmuş Regional Filiz Emalı Sahəsinin dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə il ərzində “Çovdar” yatağının sulfid mərhələsi və yan sahələrin - yaxın və uzaq cinahların tədqiqatı işləri davam etdirilib.

ABC.AZ-ın məlumatına görə, bunu Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

Z.İbrahimov bildirib ki, Çovdar və cinah yataqlar üzrə satıla biləcək qızıl miqdarı ümumilikdə 682 min unsiyaya qədər artırılıb:

"Yataq üzrə 212 min unsiya satıla biləcək qızıl ehtiyatına əlavə olaraq Çovdar İnteqərəolunmuş Regional Emal Sahəsinin 8 illik istismar müddəti ərzində 470 min unsiya satıla biləcək qızıl miqdarı təsdiqlənib".