Ötən il qeyri-neft ixracımızda ikinci yer qızılın payına düşüb - Zakir İbrahimov

12:10 - 7.02.2022


7 fevral, Fineko/abc.az. Geridə qoyduğumuz ötən il Azərbaycanın qeyri-neft ixracında ikinci yer qızılın payına düşüb.

ABC.AZ-ın məlumatına görə, bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov şirkətin ötən illə bağlı illik hesabat tipli mətbuat konfransında bildirib.

Sədr qeyd edib ki, qızıl hasilatı artıb və sənayeyə öz töfhəsini verib.

Ölkəmizdə aparılan davamlı strtuktur dəyişiklyinə əsasən "AzerGold" Azərbaycan İnvestisiya Holdinqinə verildiyini xatırladan Z.İbrahimov rəhbərlik etdiyi Cəmiyyətin səmərəliliyin daha da artdığını vurğulayıb:

"Cəmiyyətin strateji hədəfləri çərçivəsində plan üzrə tam yerinə yetirilib. "AzerGold" ötən il qızıl hasilatını 2,5 faiz artırıb. "Çovdar" yatağından 28 min unsiya hasil edə bilmişik. Ötən ilin satış əməliyyatı da uğurla davam edib".

Müəllif: Elmir Murad