10:47 - 7.02.2022
7 fevral, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti (Abu Dhabi Future Energy Company) Qarabağda layihələr üzərində işləyir.
ABC.AZ Trend-ə istinadla xəbər verir ki, bunu açıqlamasında şirkətin baş direktoru Məhəmməd Cəmil əl-Ramahi deyib.
"Biz Kəlbəcər və Laçında 100 meqavatt gücündə külək elektrik stansiyasının tikintisi, eləcə də azad edilmiş ərazilərdəki "ağıllı" şəhər və kəndlərdə 150 meqavatt gücündə günəş batareyaları layihəsi üzərində işləyirik", - deyə o bildirib.
M.əl-Ramahi vurğulayıb ki, şirkət Azərbaycanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir.
"Azərbaycan "yaşıl enerji" sektorunda böyük potensiala malikdir və biz layihələrin inkişafında iştirak etməkdən məmnun olarıq", - şirkətin baş direktoru deyib.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026