15:15 - 4.02.2022
4 fevral, Fineko/abc.az. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması üçün Azərbaycan baş dövlət baytarlıq müfəttişi tərəfindən “Yüksək patogen quş qripi virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə ölkəyə 1 (bir) günlük cücələr istisna olmaqla, diri toyuqların idxalının müvəqqəti qadağan olunması haqqında” Qərar qəbul olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a verilən məlumata görə, eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə ölkəyə gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026