15:53 - 3.02.2022
3 fevral, Fineko/abc.az. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirə keçirilib.
ABC.AZ xəbər verir ki, müşavirədə qeyd edilib ki, ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə bir sıra vacib addımlar atılıb.
Hesabat ilində hasilat göstəriciləri 61.5 min unsiya qızıl, 134.4 min unsiya gümüşə çatdırılıb. Beləliklə, qızıl hasilatı plandan 11%, gümüş hasilatı isə 55% daha artıq icra edilib.
2020-ci illə müqayisədə 2021-ci ildə qızıl hasilatı üzrə 2.5%, gümüş hasilatı üzrə 10.9% artım qeydə alınıb.
21 Avqust 2026
19 Avqust 2026