11:48 - 3.02.2022
3 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilir.
ABC.AZ-ın məlumatına görə, forumda çıxıç edən Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasının inkişaf strategiyasının bir neçə mərhələdən ibarət olduğunu bildirib.
Onun sözlərinə görə, birinci mərhələdə - xarici infrastrukturun qurulması 2021-ci ilin mart ayında bitib və aprel ayında 60 ha ərazinin qurulmasına başlanılıb, iyulda isə biznes mərkəzin inşasına start verilib.
"Fiziki inkişaf proqramı davam edir və biz "Mərhələ 1" üzrə daxili infrastrukturun qurulmasını və istifadəyə verilməsini 2022-ci ilin iyulunda planlaşdırırıq. İnfrastrukturun inkişafının birinci mərhələsi başa çatdıqdan sonra bizim xarici və daxili infrastrukturu, gömrük-keçid məntəqəsi və Ələt Azad İqtisadi Zonasına əsas girişi hazır olan 60 hektarlıq ərazimiz olacaq", - V. Ələsgərov bildirib.
21 Avqust 2026