11:05 - 3.02.2022
3 fevral, Fineko/abc.az. Bakıda Azərbaycan-Macarıstan biznes forumu işə başlayıb.
ABC.AZ xəbər verir ki, tədbirdə dövlət və özəl şirkətlərdən nümayəndələr iştirak edirlər.
Biznes forumundan sonra Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası keçiriləcək, ikitərəfli əməkdaşlıq sənədləri imzalanacaq.
Qeyd edək ki, biznes foruma qatılmaq üçün Macarıstandan yanvarın 2-də xüsusi nümayəndə heyəti Bakıya gəlib.