12:10 - 1.02.2022
1 fevral, Fineko/abc.az. “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) strukturunda daha bir şirkət yaradılıb.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu “STP Polymer” MMC-dir.
Şirkət 100 min manat nizamnamə kapitalı ilə təsis edilib. STP-dən bildirilir ki, “STP Polymer”, sənaye parkının tərkibində olan Polimer Məmulatlar Zavodunun əsasında yaradılıb.
“Bildiyiniz kimi STP bazar tələblərinə daha çevik reaksiya vermək məqsədilə struktur dəyişikliyi edib zavodları aidiyyəti üzrə birləşdirərək yeni şirkətlər yaratmışdı. Polimer STP-nin tərkibində qalmış yeganə zavod idi”- deyə, şirkətdən bildirilir.
18 Avqust 2026