Bu şirkətin 10 milyon manat vergi borcu yaranıb

10:22 - 1.02.2022


1 fevral, Fineko/abc.az. “Kaspi Yıldız” şirkətinin 10 milyon manata yaxın vergi borcu yaranıb.

ABC.AZ-ın məlumatına görə, bu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında öz əksini tapıb.

Belə ki, şirkətin 1600019501 nömrəli VÖEN-i üzrə sorğu verən zaman “Kaspi Yıldız”ın 9 666 469.63 AZN borcu olduğu üzə çıxır.

Məlumata görə, şirkətin təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı digər təsisçi Məmmədov İqbal Nəriman oğluna verib.

Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə Məmmədov İqbal Nəriman oğlu olub.

Qeyd edək ki, İqbal Məmmədov Milli Məclisin deputatıdır.