14:45 - 28.01.2022
28 yanvar, Fineko/abc.az. Bu il inflyasiya hədəf diapozonunun yuxarı həddində olacaq.
ABC.AZ-ın məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Baş bankir bildirib ki, bu il inflyasiyanın 6,6-7,7 faiz dəhlizində formalaşacağı gözlənilir.
Onun sözlərinə görə, 2023-cü ildə inflyasiya hədəf diapozonunun (2-6%) mərkəzinə qayıdacaq.
Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib.
Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub.
18 Avqust 2026