11:03 - 27.04.2018
27 aprel, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və BP şirkəti Xəzərin Azərbaycan sektorunda Şimali Abşeronda persektivli D230 blokunun birgə işlənməsi və məhsulu haqqında razılaşma imzalayıb.
“BP-Azerbaijan” şirkətinin məlumatında deyilir ki, razılaşma, Londonda, Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Tereza Meyin iştirakı ilə, ARDNŞ prezidenti Rövnəq Abdullayev və BP-nin Baş icraçı direktoru Robert Dadli tərəfindən imzalanmışdır.
25 ilə nəzərdə tutulmuş razılaşmaya əsasən, pay iştirakı paritet əsasında tərəflər arasında bölüşdürülür. BP operator qismində çıxış edəcək.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026