11:46 - 14.01.2022
14 yanvar, Fineko/abc.az. “Ford” avtomobil şirkətinin bazar dəyəri açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, açıqlamadan sonra şirkətin bazar dəyərinin ilk dəfə olaraq 100 milyard dolları keçdiyi məlum olub.
Belə ki, "Ford" “Tesla”, “Toyota” və “Volkswagen”dən sonra dördüncü olub.
Yanvarın 13-də “Ford” səhmlərinin qiyməti 25.38 dollara olub ki, bu da son 20 ilin maksimumudur. Mütəxəssislərin fikrincə, qiymət artımı “Ford”un elektrikli avtomobillərin istehsalını artırmaq planları ilə bağlıdır.
Müəllif: Elmir Murad