15:43 - 28.12.2021
28 dekabr, Fineko/abc.az. Rusiya şirkəti Azərbaycanın şərab istehsalçısını özəlləşdirib.
ABC.AZ-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə məxsus payının satışı üzrə investisiya müsabiqəsi elan edilib.
Dekabrın 24-də müsabiqəyə yekun vurulub, Rusiyanın “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin (PSC) yerli törəmə müəssisəsi olan “AzAbrau” MMC investisiya müsabiqəsinin qalibi elan olunub.
Dekabrın 27-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Rusiyanın “Abrau-Durso” PSC arasında “Şəki Şərab” MMC-nin satışı üzrə alqı-satqı müqaviləsi imzalanıb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026