Zəmanətlə İpoteka və Kredit Zəmanət Fondu sahibkarlara bu qədər kredit verib

16:45 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. Cari il ərzində zəmanət verilmiş kreditlərin orta məbləği 722 000 manat, orta müddəti 32 ay təşkil edib.

İpoteka və Kredit Zəmanət Fondundan ABC.AZ-a daxil olmuş məlumata görə, ümumilikdə, bugünədək Fondun zəmanəti ilə sahibkarlara müvəkkil banklar tərəfindən verilən kreditlərin məbləği 248 milyon manatı ötüb.

Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 3300-dən çox yeni iş yerinin açılmasına şərait yaradılıb.

Müəllif: Elmir Murad