Azərbaycanda xırdabuynuzlu heyvanlar sığortalanacaq

11:54 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. Azərbaycanda xırdabuynuzlu heyvanlar aqrar sığortanın predmeti sırasına daxil edilib. Beləki,  11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar sığortalanacaq.

ABC.AZ xəbər verir ki,  Nazirlər Kabineti bununla bağlı “Aqrar sığorta predmetinin Tərkibi”ndə müvafiq dəyişiklik edib.

Həmçinin,  dəyişikliyə əsasən, artıq südlük istiqaməti üzrə 11-ci gündən 7 yaşa qədər, ətlik istiqaməti üzrə 11-ci gündən 3 yaşa qədər iribuynuzlu mal-qara sığortalanacaq.