12:03 - 21.12.2021
21 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gətirilmiş buğdanın həcmi açıqlanıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 287 557,62 ABŞ dolları dəyərində 1 017 503,94 ton buğda idxal edilib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövrünə nisbətdə ölkəyə idxal edilən buğdanın dəyəri 9,5% artıb, həcmi isə 17% azalıb.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,76%-nə bərabər olub.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026