"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-də yeni TƏYİNAT

10:17 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. "Azərbaycan Sənaye Korposiyası" ASC-yə (ASK) məxsus "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin direktoru Bəhruz Camalov işdən çıxıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, onun yerinə Fəxri Mehdiyev təyin edilib.

Yeni direktor bundan əvvəl ASK-nın Strateji inkişaf və kommersiya departamentinin direktoru vəzifəsində çalışıb.

F.Mehdiyev 1974-cü ildə Bakıda anadan olub, 1995-cu ildə o vaxtı Azərbaycan Dövlət Neft Akademiyasını “Yanacaq energetika kompleksi sahələrində iqtisadiyyat və idarəetmə” ixtisası üzrə bitirib.

O, 1995-2017-ci illərdə o vaxtkı Vergilər Nazirliyində rəhbər vəzifələrdə çalışıb, 2017–ci ildən ASK-nın Maliyyə departamentinin direktoru, 2020-ci ildən isə Strateji inkişaf və kommersiya departamentinin direktoru olub.