14:41 - 15.12.2021
15 dekabr, Fineko/abc.az. 20-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” Yeni il yarmarkaları təşkil ediləcək.
ABC.AZ-ın məlumatına görə, yarmarka Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda baş tutacaq.
Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer kənd təsərrüfatı məhsulları satacaq. “Kənddən Şəhərə” Yeni il yarmarkasında iştirak tamamilə ödənişsizdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası aşağıdakı ünvanlarda keçiriləcək:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı)
Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A. Müəllif: Elmir Murad
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026