Azərbaycanda yeni siqaret şirkəti yaradılır?

17:27 - 5.11.2021


5 noyabr, Fineko/abc.az Dövlət Vergi Xidməti “Tbilisi Tobacco Azerbaijan” MMC-ni qeydiyyata alıb.

ABC.AZ-ın məlumatına görə, yeni şirkətin nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Niderland Krallığının vətəndaşıdır.  “Tbilisi Tobacco Azerbaijan” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Nobel PR, ev.36 m.602. ünvanıdır.