“Araz Vadisi İqtisadi Zonası” ilk rezidentini dövlət qeydiyyatına alıb

10:13 - 4.11.2021


4 noyabr, Fineko/abc.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl rayonunda təməlini qoyduğu “Araz Vadisi İqtisadi Zonası” ilk rezidentini dövlət qeydiyyatına alıb. ABC.AZ Report-a istinadən xəbər verir ki, söhbət "Kamaz Lizinq Azərbaycan" MMC-dən gedir. Yeni lizinq şirkətinin təsisçisi Rusiyaya məxsus "Kamaz" ASC, hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 2, nizamnamə kapitalı 1 699 000 manat (təxminən 1 milyon ABŞ dolları), qanuni təmsilçisi isə Rofel Qasım oğlu Qurbanovdur.