16:09 - 3.11.2021
3 noyabr, Fineko/abc.az. Kameral vergi yoxlamasının müddətinin dəyişdirilməsi təklif edilir.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur.
Məcəllənin 37.2-ci maddəsinə təklif olunur ki, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 90 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir.
21 Avqust 2026
21 Avqust 2026