11:50 - 3.11.2021
3 noyabr, Fineko/abc.az. Transfer qiymətləri əsas götürülməklə ümumi dəyəri 500 000 manatdan artıq olan əməliyyatlara dair müvafiq arayışı vaxtında təqdim etməyən və ya təhrif edilməklə təqdim edən şəxslərə tətbiq edilən maliyyə sanksiyasının məbləği 4 dəfə artırılır.
ABC.AZ xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, transfer qiymətləri əsas götürülməklə ümumi dəyəri 500 000 manatdan artıq olan əməliyyatlara dair müvafiq arayışı vaxtında təqdim etməyən və ya təhrif edilməklə təqdim edən şəxslərə tətbiq edilən maliyyə sanksiyasının məbləğinin 500 manatdan 2000 manata qaldırılması təklif olunur.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026