16:42 - 1.11.2021
1 noyabr, Fineko/abc.az. Azərbaycanda dövlət rüsumlarının dəyişdirilməsi insanların həyatına heç bir mənfi təsir göstərməyəcək.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
O qeyd edib ki, Azərbaycanda hər bir vətəndaşın ödədiyi dövlət rüsumunun orta illik məbləği 35 manat təşkil edir ki, bu da vətəndaşın gəlirlərinin təqribən 0.5 faizini təşkil edir. T.Mirkişili bildirib ki, bəzi ölkələrdə bu məbləğ 8 faizdən yuxarıdır. "Azərbaycanda rüsumlar 15 il bundan əvvəl müəyyən edilib. 15 il ərzində inflyasiya baş verib və bu rüsumların məbləği maya dəyərindən aşağı düşüb. Bu baxımdan indiki halda rüsumların məbləğinin dəyişdirilməsi insanların həyatına mənfi təsir etməyəcək" deyə T. Mirikişili bildirib.
18 Avqust 2026