Azexport.az portalına ən çox ixrac sifarişi bu məhsullar üçün olub - Siyahı

12:05 - 29.10.2021


29 oktyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 367,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

ABC.AZ-ın məlumatına görə, 2021-ci ilin sentyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 43,2 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin sentyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, xurma, nar şirəsi, fındıq ləpəsi, un, meyvə cemi, kərə yağı, qızılgül, qənnadı məhsulları, tütün, mühərrik yağı və s. mallara daxil olmuşdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 sentyabr tarixinə kimi (57 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,59 milyard ABŞ dolları təşkil edib.