10:30 - 28.10.2021
28 oktyabr, Fineko/abc.az. "Coca-Cola" 27 oktyabr cari ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
ABC.AZ xəbər verir ki, şirkətin satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artaraq, 10,04 milyard dollara çatıb.
Pandemiyadan sonra restoran və kinoteatrların açılması da satışların artımına müsbət təsir edib.
Qazlı içkilərdə artım 6%, o cümlədən "Coca-Cola" markasında 5%, "Sprite" və "Fanta" markalarında 7% təşkil edib.