12:05 - 27.10.2021
27 oktyabr, Fineko/abc.az. 2022-ci ildə Azərbaycan dövlət büdcəsinə əlavə dəyər vergisi (ƏDV) üzrə 5 milyard 279 milyon manatın daxil olacağı gözlənilir.
ABC.AZ xəbər verir ki, bu barədə 2022-ci ilin dövlət büdcəsi haqqında Qanununda deyilir.
Sözügedən məbləğin 2 milyard 910 milyon manatı Dövlət Vergi Xidməti xətti ilə, 2 milyard 369 milyon manatı isə Dövlət Gömrük Komitəsi xətti ilə daxil olması gözlənilir.
Beləliklə, ƏDV üzrə ümumi daxilolmalar gözlənilən büdcə gəlirlərinin 19,7%-inə bərabər olacaq.
21 Avqust 2026
21 Avqust 2026