16:55 - 20.10.2021
20 oktyabr, Fineko/abc.az. 2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayacaq.
ABC.AZ-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər.
Qeyd olunub ki, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər əsasında hazırlanan “Sosial-iqtisadi inkişaf Strategiyası” 2022-ci ildən başlayaraq növbəti beş ili əhatə edəcək:
“Eyni zamanda Rəqəmsal transformasiya və Qarabağın inkişaf üzrə sənədlərin də qəbulu gözlənilir. Bir sözlə, Azərbaycan post-konflikt və post-pandemiya dövrünün çağırışlarına uyğun yeni səhifəni açır. Azərbaycanda Böyük Qayıdış dünya post-konflikt quruculuğu tarixində sürətinə və yeniliklərin tətbiqinə görə, həmçinin daxili imkanlar hesabına maliyyələşdirilməklə özünəməxsus yer tutacaq. 2022-ci ildən iki milyona yaxın vətəndaşımızın əməkhaqqı, pensiya, müavinət və təqaüdləri artırılacaq. Bunun üçün dövlət büdcəsində kifayət qədər imkanlar var".
Müəllif: Elmir Murad
21 Avqust 2026