14:43 - 19.10.2021
19 oktyabr, Fineko/abc.az. Ötən ilin iyun ayından bu ilin oktyabr ayınadək kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı 6 007 müraciət daxil olub və bunlardan 4 849-na subsidiya verilməsi barədə müsbət qərar qəbul edilib.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində yazıb.
"Təsdiqlənmiş faiz subsidiyasının məbləği 61,7 milyon manatdır", - o qeyd edib.
18 Avqust 2026