17:18 - 10.04.2018
10 aprel, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi bu gün Bakı Fond Birjası (BFB) vasitəsi ilə dövlət ortamüddətli istiqrazları (DOİ) tam reallaşdırdı.
BFB-in məlumatına əsasən, AZ0105006693 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli və 8% dərəcəli DOİ-in buraxılışı yerləşdirilmişdir.
10 investordan 21 sifariş daxil olmuşdur. Sifarişlər, bir istiqraza 93,0697 AZN-dən (illik gəlirlilik 12,0%) 100,0363 AZN-ə qədər (7,98%) qiymət intervalında təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,00 AZN (gəlirlilik 8,0%), orta ölçülmüş qiymət isə – 100,0029 AZN (7,9984%) səviyyəsində müəyyən edilmişdir.
Ortamüddətli istiqrazlar, sifarişlərin ümumi məbləği 107 743,6 min manat olmaqla, 30 milyon manat həcmində yerləşdirilmişdir.
27 İyul 2026