12:04 - 6.10.2021
6 oktyabr, Fineko/abc.az. İsveçin aparıcı avtomobil istehsalçısı - “Volvo" şirkəti təhlükəsizlik yastıqlarındakı problemlə bağlı dünya üzrə 460,7 mindən çox avtomobili geri çağırır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunlar 2000-2009-cu illərdə buraxılmış “S60” və “S80” modelləridir.
Onların yarıdan çoxu ABŞ-da satılıb.
Xatırladaq ki, daha əvvəl şirkət təhlükəsizlik kəmərlərindəki nasazlıqdan dolayı 2006-2019-cu illərdə istehsal olunmuş “S60”, “S60L”, “S60CC”, “V60”, “V60CC”, “XC60”, “V70”, “XC70”, “S80” və “S80L” modellərindən olan 2,1 milyona yaxın avtomobili geri çağırmışdı.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026