15:15 - 5.10.2021
5 oktyabr, Fineko/abc.az. Paytaxtın Nəsimi rayonunda küçələrdən birində yenidənqurma işləri tamamlanıb.
Avtomobil Yollarə Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsi əsaslı təmir olunub. Küçədə yeraltı kommunikasiya – işıq, qaz və su xətləri yenilənib.
Səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunub. Yeni piyada səkiləri və xüsusi parkinq yerləri yaradılıb.
16 min 820 kv.m sahə asfaltlanıb. 2019-2020-ci illər ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 10 km-dən çox olan küçə təmir edilib.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026