Suqovşanın əlimizdə olması əməliyyatlarımızda üstünlük təşkil edirdi - Prezident

12:13 - 4.10.2021


4 oktyabr, Fineko/abc.az. Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edib.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev Talış kəndində və Suqovuşan qəsəbəsində dövlət bayrağını ucaltdıqdan sonra çıxış edərkən bildirib.

Daha sonra dövlət başçısı sözlərinə belə davam edib:

"Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən yəqin ki və təbii ki, bilirdi, biz bu istiqamətdən hərəkətə keçəcəyik. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə - keçən ilin oktyabrın 3-də işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi”.