AQTA "Araz" marketlərdə araşdırmaya başladı

10:51 - 1.10.2021


1 oktyabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Araz" Supermarket MMC-nin Sabunçu rayonu Yeni massiv 2164 ünvanında yerləşən mağazasının piştaxtasında istifadə müddəti bitmiş ərzaq məhsullarının satılması ilə bağlı araşdırmalara başlayıb.

AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, “Araz Market”də vaxtı keçmiş məhsulla bağlı AQTA müfəttişləri tərəfindən araşdırmalara başlanıb.

Aparılan araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.

Müəllif: Elmir Murad