Çində yeni neft-qaz yatağı aşkarlandı - Ehtiyatı 100 milyon tondur

16:18 - 30.09.2021


30 sentyabr, Fineko/abc.az. Çində yeni neft-qaz yatağı aşkarlanıb.

ABC.AZ-ın xarici mediaya istinadən məlumatına görə, sözügedən yataq Sintezyan-Uyğur Muxtar Rayonunun Şunbey bölgəsində Tarim hövzəsi ərazisindədir. Məlumata görə bunu Çinin “Sinopac” dövlət energetik şirkəti aşkarlayıb. Yatağın ehtiyatı 100 milyon tondur.

“Kenli 10-2” yatağı Boxay boğazında cənubda yerləşdir.