12:19 - 30.09.2021
30 sentyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-avqust aylarında Azexport.az portalına 324,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
ABC.AZ “İxrac İcmalı”nın növbəti sayına istinadən xəbər verir ki, 2021-ci ilin avqust ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 40,8 milyon ABŞ dolları təşkil edib.
2021-ci ilin avqust ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq xurma, nar, toyuq yumurtası, fındıq ləpəsi, biyan kökü və s. mallara daxil olub. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 avqust tarixinə kimi (56 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,54 milyard ABŞ dolları təşkil edib.
10 Avqust 2026