17:18 - 29.09.2021
29 sentyabr, Fineko/abc.az. Bakının mərkəzində dəbdəbəli butiklərə sahib olan “İTALDİZAYN” QSC Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimələnir.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, pərakəndə ticarətlə məşğul olan “İTALDİZAYN” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu 13 sentyabr 2021-ci il tarixdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026