17:07 - 22.09.2021
22 sentyabr, Fineko/abc.az. “Forbes” jurnalı 2020-ci ildə ən çox gəlir əldə etmiş rusiyalı milyarderlərin reytinqini açıqlayıb.
ABC.AZ xəbər verir ki, reytinqə “Severstal” şirkətinin sahibi Aleksey Mordaşov başçılıq edir.
Belə ki, onun ötənilki gəliri 1,7 milyard ABŞ dolları olub. Sıralamada ilk 3-lüyə NLMK qrupunun əsas səhmdarı Vladimir Lisin (1,48 milyard dollar) və "USM Holdings”in rəhbəri Alişer Usmanov (1,43 milyard dollar) da daxildir.
“Lukoyl”un rəhbəri Vahid Ələkbərov siyahıda 4-cü (1,41 milyard dollar), senator Süleyman Kərimov və ailəsi isə 5-ci yerdə (922 milyon dollar) qərarlaşıb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026