11:37 - 22.09.2021
22 sentyabr, Fineko/abc.az. Qızıl sərmayəçiləri ABŞ Mərkəzi Bankının (Fed) Açıq Bazar Komitəsi yığıncağına fokuslanıblar.
ABC.AZ xəbər verir ki, eyni zamnda, Çinin "Evergrande" şirkətinin iflası riski narahatlığı bazarlarda hakim olmağa davam edir.
Sərmayəçilər Fed-in bugün başa çatacaq yığıncağına fokuslanıblar və Fed-in qiymətli kağız (istiqra) alışının azaldılması ilə əlaqədar verilə biləcək mesajları izləyəcəklər.
Proqnozlara görə, Fed-in ucuz pul siyasətinin tərkib hissələrindən biri olan istiqraz alışlarını bu ilin noyabr və ya dekabr ayında azaltmağa başlayacaq. Faizlərin isə 2022-ci ildə artırılmağa başlanması üçün təzyiq artıb.
30 İyul 2026
29 İyul 2026