10:10 - 22.09.2021
22 sentyabr, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) bu il üçün Azərbaycanda inflyasiya gözləntisini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, Bank ölkəmizdə inflyasiya gözləntisinin əvvəlki proqnoza nisbətən 1 faiz bəndi artıraraq 4,5%-ə çatdırıb.
Bankın açıqladığı sənədə əsasən, gələn il isə Azərbaycanda infyasiya 3% səviyyəsində reallaşacaq.
Bu göstərici bu il üçün Gürcüstanda 9,5 %, Qazaxıstanda 6,9 %, Ermənistanda isə 5,5 % səviyyəsində reallaşacaq. Gələn il isə bu ölkələrdə inflyasiya müvafiq olaraq 4 %, 6,4 % və 3 % olacaq.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026