16:51 - 10.09.2021
10 sentyabr, Fineko/abc.az. Yeni Azərbaycan Partiyası (YAP) bir neçə avtomobilini satışa çıxarır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında verilib.
İclasda Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının balansında olan istismar müddətini başa vurmuş 5 ədəd nəqliyyat vasitəsinin satışa çıxarılmasına, 2 ədəd minik avtomobilinin “Yeni Azərbaycan” qəzetinin balansına verilməsinə və 1 ədəd yeni avtomobilin alınmasına razılıq verilib.
13 Avqust 2026
13 Avqust 2026