Azərbaycan 7 ayda 111 ölkəyə məhsul ixrac edib

12:33 - 10.09.2021


10 sentyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən idxal olub.

ABC.AZ Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 17 milyard 337,2 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 11 milyard 39,3 milyon dollarını və ya 63,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 6 milyard 297,9 milyon dollarını (36,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4 milyard 741,4 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 26,0 faiz artıb, real ifadədə isə 6,7 faiz, o cümlədən idxal 12,4 faiz, ixrac 2,4 faiz azalıb.

Müəll: Elmir Murad