11:55 - 9.09.2021
9 sentyabr, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanın Qırğızıstana birbaşa investisiyaları ötən ilin eyni dövrü ilə müqayisədə 11 dəfə çox olub.
ABC.AZ Report-a istinadən məlumatına görə, hesabat dövründə sərmayələrimiz səhiyyə, topdan və pərakəndə ticarət sektorlarına yatırılıb.
6 ay ərzində Qırğızıstana yatırılmış bütün birbaşa xarici investisiyaların isə əsas hisəsi (97%-i) geoloji kəşfiyyat, emaledici istehsalat, faydalı qazıntılar hasilatı müəssisələrinə, maliyyə vasitəçiliyi və sığorta, informasiya və rabitə, həmçinin topdan və pərakəndə ticarət sektorlarına yönəldilib.
30 İyul 2026
29 İyul 2026