14:08 - 8.09.2021
8 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində 5,409 mln. manat dəyərində şərab alıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11,1% azalma deməkdir.
Təkcə cari ilin II rübündə əhali şəraba 2,707 mln. manat xərcləyib. Bu, illik müqayisədə 1,5%, rüblük müqayisədə isə 0,2% çoxdur.
Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Azərbaycanda 334,2 min dekalitr üzüm şərabı istehsal olunub. Bu da illik müqayisədə 3,1 dəfə çoxdur.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026