11:28 - 7.09.2021
7 sentyabr, Fineko/abc.az. “İxrac icmalı”nın sentyabr sayına əsasən, 2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycanın ixracı 13 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,6 mlrd. ABŞ dolları təşkil edib.
ABC.AZ xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 429 mln. ABŞ dolları və ya 37,1% artıb.
2021-ci ilin 8 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 milyon ABŞ dolları ilə əsas paya malik olub.
Müəllif: Elmir Murad
14 Avqust 2026
14 Avqust 2026