"Toyota Motor" Çexiyadakı istehsalını azaldacaq - Səbəb

16:47 - 6.09.2021


6 sentyabr, Fineko/abc.az. "Toyota Motor" şirkəti üç həftəlik fasilədən sonra Çexiya, Mərkəzi Bohemiyadakı Kolin fabrikində istehsalına başlayıb.

ABC.AZ-ın məlumatına görə, lakin elektron komponentlərin (əsasən çiplər) çatışmazlığı səbəbindən tezliklə istehsalını yenidən yarıya endirəcək.

Bu barədə zavod rəhbərliyinin rəsmi nümayəndəsi Tomasz Paroubek bildirib.

O qeyd edib ki, zavod yay tətilini 15 avqustda başa vurdu, ancaq elektron komponentlərin olmaması səbəbindən tətil daha üç həftə uzadıldı. İstehsal xətti Bazar ertəsi günü istifadəyə verildi.

“Elektron komponentlər hələ də çatışmır. Zavod yalnız gücünün 40% - 50% -i ilə işləyəcək", - Paroubek deyib.