Londonda ev alan azərbaycanlılar artıb - Detallar

16:29 - 1.09.2021


1 sentyabr, Fineko/abc.az. Londonun daşınmaz əmlak bazarı canlanıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən bazarda əcnəbi alıcıların sayında artım müşahidə edilir. Bu alıcılar sırasında azərbaycanlılar da az deyil.

Londonun daşınmaz əmlak şirkətləri artan əcnəbilərin əsasən İsrail, Azərbaycan, Avstraliya və Amerikadan olduğunh açıqlayıb.

Şirkətlər bildirib ki, bu müştərilər 2,5-10 milyon funt sterlinq dəyərində evlər ilə maraqlanırlar.

Müəllif: Elmir Murad