17:21 - 30.08.2021
30 avgust, Fineko/abc.az. İşğaldan azad olunmuş Şuşa şəhərində 8 km uzunluğunda şəhərətrafı yaşıl halqa yaradılacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, ölkə başçısının göstərişi ilə Şuşanın Baş Planı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır: “Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq. Şuşada 36,2 km yol bərpa olunacaq, 17,6 km yeni yol salınacaq".
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026