10:18 - 27.08.2021
27 avgust, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi immunobioloji dərman vasitələrinin, eləcə də tibb müəssisələri üçün spesifik dərman vasitələrinin satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
ABC.AZ vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Referans Pharmaceuticals” MMC-dir.
Qalib şirkətə müvafiq olaraq 1 milyon 500,8 min manat və 2 milyon 101,3 min manat, ümumilikdə 3 milyon 602,1 min manat ödəniləcək.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026